Londonun "Çelsi" klubu Moskva "Lokomotiv"inin seneqallı hücumçusu Oumar Niasseni transfer etməyə hazırlaşır.
Niasse artıq Londona yollanıb və "Çelsi"nin son oyununu stadionun VİP lojasından izləyib. 1,82 metr boya sahib 25 yaşlı hücumçu bu mövsüm keçirdiyi 23 oyunda 13 qol vurmağı, 10 məhsuldar ötürmə verməyi bacarıb.
Onun bu yüksəlişi Avropanın tanınmış menecerlərinin diqqətindən yayınmayıb və "Lokomotiv"in hücumçusuna "Çelsi" konkret təklif göndərib. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Xatırladaq ki, Hamza Hamzaoğlu "Qalatasaray"ı çalışdırdığı dönəmlərdə Niassenin istedadını fərq etmiş və onu transfer siyahısına yazmışdı. Amma azarkeşlərin təzyiqindən sonra bu transfer gündəmdən düşmüşdü.