"Barselona"nın futbolçusu Arda Turan ictimai nəqliyyətdən istifadə edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi ötən gün İstanbulda metroya minib.
68 yaşlı Cihan Sarıkaya futbolçunun yanına gələrək "sən o məşhur futbolçu deyilsən, oğlum?" deyə soruşub. Arda onun dediyini təsdiq edib. Daha sonra ikili selfi çəkdirib.