20 Aprel 2014 18:30
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqasının 31-ci turuna paytaxt derbisi ilə start verildi. Səfərdə “Bakı”nı 4-0 hesabı ilə məğlub edən “İnter” avrokuboklara qatılmaq yolunda daha bir inamlı addım atdı.

Teleqraf.com PFL-ə istinadən məlumatına görə, baş məşqçilər oyun sonrası keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bildiriblər.

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze yetirmələrində razı qalıb: “Bütün pravoslavları Pasxa bayramı ilə təbrik edirəm. Qələbə qazandığımız üçün şadam, rəqibdən üstün oynadıq. Oyunumuzu düzgün qurduq, iki mərkəz hücumçu ilə oynadıq. Bu, rəqib üçün gözlənilməz oldu. Çoxlu qol epizodu yaratdıq. “Bakı”nın çox yaxşı hücum xətti var, lakin müdafiəçilərimiz bu gün onların qarşısını ala bildi. İndi heç kim ilk 6 turu yada salmır. Sonuncu yerdə idik, bəzi məşqçilər bizi hesabdan silmişdilər. Futbolçularıma görülən işə görə, bu nəticəyə görə minnətdaram. Qarşıda hələ 5 oyun var, bu qələbəni unudub, lazımı nəticələr çıxardıb, qarşıdakı oyunlara hazırlaşacağıq. İndi turnir cədvəlində yaxşı mövqedəyik. 4-cü yerdəki “Bakı” ilə aramızda 8 xal fərq var. Klub rəhbəri mənim istefamı qəbul etməmişdi və mənə inam göstərdi. Mən də bu etimadı doğrultdum. İşimiz daha bitməyib, avrokuboklara qatılmaq üçün yaxşı şansımız var, qarşıda çox ağır oyunlarımız olacaq”.

“Bakı” klubunun baş məşqçisi Milinko Pantiç yenə şikayətənib: “Bu cür məğlubiyyətdən sonra nə deyə bilərəm? Mənə “İnter”i təbrik etmək qalır, yaxşı oyun göstərib ədalətli qələbə qazandılar. Yetirmələrim üçün 0-4 ağır məğlubiyyət ola bilər, mənim üçün isə 0-1 də məğlubiyyətdir. Bəzi oyunçular artıqlaması ilə özünü oyuna verdi, meydançada sona kimi mübarizə apardılar. 7-8 aydır ki, buradayam, hamıya hər şey aydındır. Futbola aid olmayan bəzi hallar var, futbolçularım bunu pis keçirir”.


Müəllif:

Oxşar xəbərlər