4 Fevral 2016 15:33
509

Azərbaycanın ən tanınmış idman portallarından biri olan Goal.az tamamilə yenilənib.

Ən maraqlı məqamlardan biri portalda "Livescore" xidmətinin təqdim olunmasıdır. Belə ki, bu xüsusi xidmət vasitəsilə Goal.az internet istifadəçilərinə geniş informasiyanı əhatə edən futbol nəticələrini və statistikasını təqdim edir, xidmət tamamilə pulsuzdur.

"Goal"ın Direktoru Seymur Səfərli öz fikirlərini bölüşüb: "Goal-ı sıfırdan hazırladıq. Bu dəfə hər xırda detala önəm verib onu daha maraqlı və zövqlü etmişik. Məqsəd istifadəçilərin daha zövqlü və funksional bir məhsul görməsidir. Canlı futbol nəticələrini və real statistikanı hal-hazırda Goal-dan başqa Azərbaycanda heç kim vermir. Bu xüsusi servisdir hansı ki, müqavilə əsasında xarici şirkətdən alırıq. Goal təkcə sayt olmaqla kifayətlənmir. IOS və Android platformalı mobil cihazları istifadə edənlər Appstore və Play Market-dən öz telefonu və tabletinə Goal.az mobil tətbiqini yükləyə bilərlər. Bu çox rahat, müasir və olduqca funksional bir proqramdır. Bu eyni zamanda ölkə mediası üçün də uğurlu və gərəkli bir addımdır. Arzulayırdım ki, Azərbaycanda maraqlı servisləri olan bir sayt olsun. Goal ilə həm özümün həm də minlərlə Azərbaycanlının arzusunu gerçəkləşdirdiyimi düşünürəm".


Müəllif: