Yeni mövsüm "Mançester Siti"ni çalışdıracaq "Bavariya"nın baş məşqçisi Pep Qvardiola yeni iş yeri ilə bağlı sualları cavablandırıb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hazırda Münhen klubundakı işini düşündüyünü deyib:
"İyun ayına qədər "Mançester Siti" haqda danışmaq istəmirəm".
Təcrübəli mütəxəssis "Mançester Siti" məsələsinin "Bavariya"nın çalışdırdığı dönəmdə diqqətini dağıdıb-dağıtmadığı haqda verilən sualı belə cavablandırıb:
"Xeyr, mən qadın kimiyəm, eyni anda bir neçə iş görə bilirəm".