6 Fevral 2016 18:27
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted” futbol klubunun rəhbərliyi tanınmış portuqaliyalı məşqçi Jose Mourinio ilə danışıqlara başlayıb.


Publika.az xəbər verir ki, bu barədə ingilis mediası xəbər yayıb.

Məlumata görə, rəhbərlik “Mançester Yunayted”i artıq iki mövsümdür çalışdıran baş məşqçisi, hollandiyalı Lui van Qaalın işindən məmnun deyil. Ona görə də, klub rəhbərliyi ötən ilin dekabrında “Çelsi” klubundan ayrılan və özünü “xüsusi adam” adlandıran 53 yaşlı Joze Mourinyonun namizədliyi üzərində dayanıb.


64 yaşlı Lui van Qaalın mövsüm sonu “Mançester Yunayted”dən ayrılacağı gözlənilir.


Müəllif: