13 Fevral 2016 21:13
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milan"ın vitse-prezidenti Adriano Qalliani komandanın güclü rəqiblərə qarşı qənaətbəxş oynadığını düşünür.

Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, Qalliani Mixayloviçi dəstəklədiklərini qeyd edib.

""Milan" özündən üst pillədə qərarlaşan komandalarla oyunlarda çox xal itirməyib. Bizim "İnter" üzərində üstünlüyümüz var. "Fiorentina" və "Roma" ilə eyni səviyyədəyik. Xallar bərabər olanda qol fərqi yox, şəxsi oyunlar əsas götürülür. Mixayloviç məşqlərdə oyunçuları hər zaman izləyir. Buna görə meydana kimin çıxacağına aid qərarı da o verir. Baş məşqçi hücum xəttində kimin oynayacağı ilə bağlı rəhbərlikdən tam dəstək alır. Luis Adriano? Biz Çindən başqa futbolçulara görə də təkliflər almışıq. Hal-hazırda Çin Superliqası dünyanın ən varlı çempionatıdır".


Müəllif: