14 Fevral 2016 18:43
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 21-ci turunda hazırda davam edən "Kəpəz"lə görüşdə ciddi zədə alıb.

Qol.Az-ın məlumatına görə, Gəncədə keçirilən matçın 68-ci dəqiqəsində "Kəpəz"in oyunçusu Julien Ebahla hava mübarizəsi zamanı R.Sadıqovun başı partlayıb.

Millimizin üzvü qan içində və etiraz edərək meydanı tərk edib. Ebah daha sonra yaxınlaşaraq Rəşaddan üzr istəyib.

Rəşad Sadıqova tibbi yardım göstərildikdən sonra o başısarıqlı halda meydana daxil olub.


Müəllif:

Oxşar xəbərlər