19 Fevral 2016 23:52
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şalke”nin üzvü Dennis Aoqo xoşagəlməz hadisə ilə üzləşib. Futbolçunun çantası oğurlanıb.

Hadisə Köln hava limanında onun müsahibə verdiyi vaxt baş verib. Məsələ burasındadı ki, 29 yaşlı oyunçu müsahibə verərkən çamtasını reklam bannerinin arxasına qoyub. Daha sonra isə çantanın yerində olamdığını görüb. İş burasındadı ki, çantanın içində futbolçunun pasportu ilə yanaşı, təyyarə bileti də olub.

Qeyd edək ki, Aoqo Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçı çərçivəsində keçirilən Donetsk "Şaxtyor"u ilə oyun üçün Ukraynaya uçmağa hazırlaşırdı.


Müəllif:

Oxşar xəbərlər