3 Mart 2016 16:58
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın yarımmüdafiəçisi Uesli Sneyder komandadakı gələcək karyerası haqda danışıb.

Hollandiyalı futbolçu klubun avrokuboklardan kənarlaşdırılmasına baxmayaraq, komandada qalacağını bildirib:

"Təbii ki, "Cim Bom"un avrokuboklardan kənarlaşdırılması çox məyusedicidir. Ancaq bu cəza iki il də ola bilərdi. "Qalatasaray" hər zaman Avropada oynamalıdır. Bununla belə, burada xoşbəxtəm. Çətin zamanlarda komandam üçün mübarizə aparmağa davam edəcəm. "Qalatasaray"dan ayrılmağı düşünmürəm".

Qeyd edək ki, 2013-cü ildən "Qalatasaray"ın şərəfini qoruyan Sneyder keçirdiyi 90 oyunda 30 qola imza atıb.(qol.az)


Müəllif:

Oxşar xəbərlər