İspaniya çempionatının 34-cü turunun “Rayo Vallekano” - “Betis” matçında maraqlı hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, oyunun 31-ci dəqiqəsində “Betis”in müdafiəçisi Paulao məşqçidən əvəz edilməsini xahiş edib. Buna səbəb futbolçunun qapılarına vurulan 2 qola səbəbkar olmasıdır. Paulao 5-ci dəqiqədə qapıçıya ötürmə edərkən rəqib topu götürərək hesabı açıb. 30-cu dəqiqədə isə cərimə meydançasından topu uzaqlaşdırmaq istəyərkən avtoqol vurub.
Bundan sonra o , oynaya bilməyəcəyini bildirib və məşqçiyə “Məni başqası ilə əvəz et” deyib.
Aygün İlqarqızı