18 Mart 2016 11:48
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli futbolçu “GQ” jurnalının yeni sayının üz qabığına çəkilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu Devid Bekhem ailəsindən danışıb.

Futbolçunun sözlərinə görə, 4 uşaq atası olduğu üçün çox xoşbəxtdir və onlardan bir gün belə ayrı qala bilmir: “Mən, sözün həqiqi mənasında, uşaqlarımla ayrı olanda xəstələnirəm, özümü yaxşı hiss etmirəm”.

Devid Bekhem futbol meydançası üçün çox darıxdığını da gizlətməyib:

“Futboldan ötrü hər gün darıxıram. Nə vaxtsa yenidən meydançalara qayıda və oynaya biləcəyimi düşünürəm. Los-Ancelesdə yaşasaydım, karyeramı bir il də uzada bilərdim. Lakin mən Londonda yaşayıram, çünki uşaqlarım burada xoşbəxtdirlər...”

Xatırladaq ki, Devidlə Viktoriyanın Bekhemin nikahından Bruklin, Romeo, Kruz adlı 3 oğlu, Harper adlı 1 qızı var.


Müəllif:

Oxşar xəbərlər