“Arsenal”ın yarımmüdafiəçisi Mikel Arteta stomatoloqa müraciət etməli olacaq.
Teleqraf.com xəbər verir ki, futbolçu dişini sındırıb. Arteta İngiltərə çempionatının son turunda “Hall Siti” ilə qarşılaşmada rəqib futbolçu ilə toqquşaraq dişini itirib. Bu olay “Arsenal”ın futbolçuları tərəfindən özünəməxsus tərzdə qeyd olunub. Oyundan sonra Artetanı əhatəyə alan futbolçular gülümsəyərək şəkil çəkdiriblər. Bu zarafatyana şəklillə onlar Artetaya təsəlli veriblər.
Qeyd edək ki, həmin qarşılaşmada “Arsenal” 3:0 hesabı ilə qalib gəlib.