“Avro-2016” futbol üzrə Avropa çempionatına hazırlıq çərçivəsində Türkiyə millisi martın 29-da Vyanada Avstriya yığması ilə yoxlama oyunu keçirib.
Hesabı 22-ci dəqiqədə Avstriya millisinin hücumçusu Zlatko Yunuzoviç açıb. Oyunun ilk hissəsinin sonuna yaxın türk hücumçu Hakan Çalhanoğlu cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərarəbərləşdirib: 1:1.
Polşalı hakimlər briqadasının idarə etdiyi oyunun ikinci hissəsi başlayan kimi Türkiyə yığması təşəbbüsü ələ alıb. Oyunun 56-cı dəqiqəsində avstriyalı qapıçının buraxdığı səhvdən istifadə edən Arda Turan komandasını hesabda irəli çıxarıb: 2:1.
Fatih Terimin yetirmələri ikinci hissədə üstünlüyü əldən verməyib və oyunu qələbə ilə başa vurub.