8 Aprel 2016 16:49
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun “Fənərbaxça” klubu Azərbaycana dəstəyini ifadə edib.

Teleqraf.com xəbər verir ki, klubun rəsmi Facebook səhifəsində deyilir: “Fənərbaxça ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başlanan kampaniyaya bir imza da biz atırıq”.

Qeyd edək ki, ölkəmizə bu dəstək “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsində verilib.

Barak Obama administrasiyasın internet resursunda Azərbaycan tərəfi petisiya ilə müraciət açıb.

Müraciətdə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.


Müəllif:

Oxşar xəbərlər