4 May 2016 08:52
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın 30-cu turunun "Trabzonspor" - "Fənərbaxça" oyunuyla bağlı qərar verib.

88-ci dəqiqədə qonaqlar 4:0 hesabıyla öndə olduğu zaman yerli azarkeşlərin meydana axışmasına görə yarımçıq dayandırılan oyunla bağlı meydan sahıblərinə ağır cəza verilib. İntizam Komitəsinin verdiyi cəzaya görə, "Trabzonspor" 4 ev oyununu azarkeşsiz keçirməli olacaq. Bundan əlavə, Qaradəniz təmsilçisi 750 min türk lirəsi məbləğində cəzalandırılıb.

Federasiya bir müddət öncə verdiyi qərarla oyun yarımçıq dayandırılan anda olan hesabı (0:4) qüvvədə saxlamışdı.


Müəllif:

Oxşar xəbərlər