Mayın 8-də Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandası ilə bu şəhərin Azadi stadionunda qarşılaşıb.
Azərbaycan komandası super liqa yarışlarının 29-cü həftəsində keçirilən qarşılaşmada ən prinsipial rəqibini 3:2 hesabı ilə məğlub edərək onun super liqa yarışlarında çempionluq şansını minimuma endirib.
Azərbaycan komandasının bu önəmli qələbəsindən qəzəblənən “İstiqlal” tərəfdarları “Traxtur” tərəfdarlarına qarşı vəhşicəsinə hücuma keçiblər.
Qarşılaşmadan bir neçə gün sonra “Tractor-Fans.com” saytı “İstiqlal” tərəfdarlarının vəhşiliyini əks etdirən Video görüntü yayıb.
Videoda bir neçə “Traxtur” tərəfdarının stadionun ikinci mərtəbəsində aşağı atıldığı əks olunur.