13 May 2016 21:36
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçli hücumçu Zlatan İbrahimoviçin PSJ ilə yollarını ayırdı.

Teleqraf.com xəbər verir ki, İbrahimoviç Twitter səhifəsində PSJ-nin stadionunun şəklini paylaşaraq “Sabah bu meydandan sonuncu oyunuma çıxacam. Mən bura kral kimi gəldim, kral kimi də gedirəm” yazıb.

Qeyd edək ki, İbrahimoviçin PSJ ilə müqaviləsi bu ayın sonu başa çatır.

“Sky Sports”un jurnalisti Allessandro Alçiato bildirib ki, isveçli hücumçu karyerasını ya ABŞ-ın “Los-Anceles Qelaksi”, ya da İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirəcək.

Amma İbranın ABŞ liqasında oynamaq ehtimalı 90 faiz qiymətləndirilir.


Müəllif:

Oxşar xəbərlər