19 Yanvar 2021 17:44
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Türkiyə arasında imzalanan Güzəştli Ticarət Sazişinin təsdiq edilməsi barədə qərar Türkiyənin Rəsmi Qəzetində yayımlanıb.

Teleqraf.com xəbər verir ki, müqavilə ötən il fevralın 25-də Bakıda imzalanıb.

Tərəflər arasındakı müqaviləyə daxil olan bəzi məhsulların mövcud tariflərinin azaldılması və ya ləğv edilməsi, qeyri-tarif və tarif kimi baryerlərin aradan qaldırılması, iqtisadi əlaqələrin harmonik inkişafı yolu ilə ticarətin gücləndirilməsi və təşviq edilməsi, davamlılığın, eləcə də ədalətli rəqabət mühitinin yaradılmasını və ticarətin böyüməsi üçün proqnozlaşdırıla bilən, etibarlı mühitin yaradılmasını hədəflənir.

Ticarət əlaqələrini gücləndirməyi hədəfləyən sazişin həyata keçirilməsi üçün razılaşmada iştirak edən nümayəndələrdən ibarət Birgə Komitə də yaradılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər