19 Mart 2021 15:47
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Maliyyə Mərkəzində (İFM) fəaliyyət göstərən şirkətlər 10 il müddətinə korporativ vergidən 100 faiz, möhür və digər rüsumlardan da azad olacaq.

Teleqraf.com xəbər verir ki, İstanbul Maliyyə Mərkəzinin (İFM) yaradılması, istismarı, fəaliyyəti və burada yer alan şirkətlərə təklif olunan imkanları əhatə edən qanun layihəsi yekunlaşıb.

Yaxın günlərdə AKP-nin Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edəcəyi qanun layihəsində maraqlı detallar da açıqlanıb.

Məlumata görə, bu iqtisadi səfərbərliyə qoşulan şirkətlərin qazanclarına əlavə qazanc gələcək.

Hazırlanan təklif İFM-nin Dubay, Astana kimi ünvanlarla deyil, Nyu-York və London kimi böyük maliyyə mərkəzləri ilə rəqabət aparmasına imkan verir.

Qanunun məqsədi beynəlxalq aləmdə Türkiyənin maliyyə rəqabət qabiliyyətini artırmaq, maliyyə quruluşunu yaxşılaşdırmaq, istehsalın maliyyələşdirilməsində səmərəliliyi gücləndirməkdir. Beləliklə İFM-nin aparıcı qlobal maliyyə mərkəzlərindən birinə çevriləcəyi gözlənilir.

Bütün xidmətlər Türkiyə Aktivlər Fondu tərəfindən qurulan şirkət də daxil olmaqla, İstanbul Maliyyə Mərkəzinin struktur rəhbərləri tərəfindən həyata keçiriləcək.

İFM bölgəsində fəaliyyət göstərmək istəyənlər "iştirakçı sertifikatı" alacaq. Şirkətlər tərəfindən həyata keçirilən əməliyyatlarda dövlət qurumları və təşkilatlarının müvafiq bölmələrinin iştirak edəcəyi bir pəncərə bürosu yaradılacaq. Bir pəncərə ofisini Prezidentin Maliyyə Bürosu idarə edəcək.

Güzəştlərin və azadolmaların dərəcələri də müvafiq olaraq müəyyən edilib.

Fəaliyyətlər daxilində əldə edilən qazancın 75 faizi korporativ vergi bəyannaməsində ayrıca göstərilmək şərti ilə vergi bazasının müəyyənləşdirilməsində müəssisə gəlirlərindən çıxılacaq. 2031-ci ilə qədər bu nisbət 100 faiz olaraq tətbiq olunacaq.

İştirakçılar əməliyyatlar lehinə alınan pul bank və sığorta əməliyyatları vergisindən də azad ediləcək.

Ən azı üç ölkədə fəaliyyət göstərən iştirakçılar regional xəzinə və maliyyə idarəetmə mərkəzlərinə eyni istisnalar və endirimlər tətbiq olunacaq.

İFM şirkətlərində işləyən və xaricdə ən azı 5 illik təcrübəsi olan işçilər 60 faiz, 10 illik təcrübəsi olan işçilər isə 80 faiz gəlir vergisindən azad ediləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər