7 Dekabr 2022 17:22
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1989-cu ildə Parisdə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) təsis edilən zaman çirkli pulların qlobal dövriyyəsi 50 milyard dollar qiymətləndirilirdisə, indi bu rəqəm 1 trilyon dollaradək yüksəlib. Bu ondan xəbər verir ki, FATF vasitəsi ilə son illər qlobal qaydalar müəyyənləşdirilsə belə, çirkli pulların dövriyyəsində artım müşahidə olunub”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdiyi komitənin bugünkü iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Qanunu layihəsinin müzakirəsinə münasibət bildirərkən deyib.

Deputat Qanun layihəsi ilə bağlı aktivlərin səhvən dondurulması zamanı kompensasiyanın ödənilməsi və eləcə də ölkədaxili siyahılar tərtib edilərkən meyarların müəyyənləşdirilməsini təklif edir: “Eyni zamanda vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələri vacibdir, bu sahədə yeni qanunun qəbuluna ehtiyac var.

Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunsa da, amma reallıqda tətbiq olunmur. Bu baxımdan, Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var. Bütövlükdə şəffaflığın artırılması üçün xüsusilə vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər