10 Dekabr 2022 16:44
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə şəraitinə baxmayaraq, təxminən 134 mindən çox ukraynalı Antalyaya istirahətə gəlib.

Teleqraf.com xəbər verir ki, cari ilin noyabr ayının statistikası Antalya turizmində maraqlı məlumatları ortaya çıxarıb.

Bu il hava yolu ilə Antalyaya gələn ukraynalılarının sayını aylar üzrə belə olub: yanvarda 2 577, fevralda 2 403, martda 4 073, apreldə 5 743, mayda 10 321, iyunda 18 59, iyulda 22 173, avqustda 21 425, sentyabrda 23 461, oktyabrda 19 569, noyabrda 4 081 olmaqla ümumilikdə 133 min 885 ukraynalı Antalyaya tətilə gəlib.

Ukraynalı turistlərin Almaniya və Polşa kimi ölkələr vasitəsilə Antalyaya gəldiyi bildirilir.


Müəllif: Yeganə Oqtayqızı