Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 15 milyard manat olmaqla 2014-cü ilin müvafiq dövrünün göstəricisini 2,8 faiz üstələyib.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, on bir ayda Azərbaycanda 38,3 milyon ton xam neft və 18,1 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.