Müğənni Könül Kərimova plastik əməliyyatlarından danışıb.
Teleqraf.com xəbər verir ki, müğənni “ATV maqazin onlarla” verilişində özünü çirkin hesab etdiyi üçün plastik əməliyyat etdirdiyini etiraf edib: “Plastik əməliyyat mənim üçün bir problem idi. Onun əziyyətini çox çəkdim. Müğənnini sevirlər, dinləyirlər, amma bir qisim insan daha çox xarici görünüşünlə maraqlanır. Bu, çox normal haldır, bunu sonralar qəbul etdim. Hər insan sevdiyi müğənnini gözəl görmək istəyir.
Bir dəfə məclislərin birində oxuduqdan sonra musiqiçilərdən biri arxada dedi ki, gözəl oxuyur, amma bu qıza radioda qulaq asmaq lazımdır. Yəni ki, qəşəng deyil. Bu sözü indi də ona deməmişəm. Ondan sonra çox pis oldum. Oradan evə necə gətdiyimi bilmədim. Hər dəfə mikrofonu əlimə götürüb, səhnəyə çıxanda o söz yadıma düşürdü. Bir aktrisamız mənə dedi ki, əməliyyat haqqında düşünürsən? Dedim düşünürəm, amma bilmirəm necə edim? Bakıda əməliyyat yox idi. O həkimin ünvanını verdi, həkimlə danışdı və Gürcüstanda burun əməliyyatı keçirdim. Fikirləşirdim ki,hamı mənim qüsuruma baxır, dinləyən yoxdur. 1999-cu ildə burun əməliyyatı keçirmişəm. Sənətdə uğurum əməliyyatdan sonra başladı. Hamı dedi ki, Könül qəşəngləşib”.
Xalası oğlu ilə evil olan müğənni həyat yoldaşından ayrılması haqqında yayılan şayiələrə də aydınlıq gətirib: "Həyat yoldaşımdan ayrılmamışam. Müəyyən dövr problemlərimiz var idi. Gənc idik və hər ailədə söz-söhbət olur. Hazırda ailəliyəm, yoldaşımla birlikdə yaşayırıq. Xasiyyətimiz düz gəlməsə də, uşaqlarımın atasıdır. Biz bir yerdə yaşayırıq. Ayrılan vaxtımız deyil”.
Rəqsanə