24 Sentyabr 2016 23:41
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Moskvada yeni konsert salonunun açılışı olub.


Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Vegas City Hall"ın təntənəli açılışında Rusiyanın bir sıra tanınmış iş adamları və sənətçiləri iştirak edib. Emin Ağalarov, Valeriy Meladze, Yuliya Kovalçuk, Saşa Savelyeva, Oleq Qazmanov və başqalarının qatıldlğı gecədə Moskva qubernatoru Andrey Vorobyov və "Crocus Group"un prezidenti Araz Ağalarov da olub.

Konsert salonunun qırmızı lentini də Moskva meri və A.Ağalarov kəsib.

Mərasim iştirakçıları Gii Eradze sirkinin,"Todes" rəqs qrupunun, eləcə də Mixail Zadornovun təqdim etdiyi maraqlı şounun tamaşaçısı olublar.

Nihad


Müəllif: