14 Aprel 2017 12:07
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision 2011”-in qalibi Eldar Qasımovun instaqram səhifəsi erməni hakerlərinin hücumuna məruz qalıb. Səhifədə erməni terrorçusu Monte Melkonyanın fotosu və Ermənistan bayrağı paylaşılaraq “Yaşasın Ermənistan” şüarı qeyd olunub.

Eldar Qasımov məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verib. O, instaqram səhifəsinin ermənilər tərəfindən oğurlandığını deyib: "Buna görə bütün izləyicilərimdən üzr istəyirəm. İnstaqram izləyicilərimdən xahiş edirəm ki, şikayət edib səhifəmin bağlanmasında yardımçı olsunlar. Komandam instaqrama bütün məlumatlatları göndərib”.

Eldar Qasımov ermənilərin hədəfinə çevrilməsinə belə münasibət bildirib: “Məşhur müğənniyəm və “Eurovision” qalibiyəm. Elə onlar da növbəti “Eurovision” ərəfəsində belə bir təxribata əl atdılar”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər