4 May 2017 13:51
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan “Məzələn” adlı şeir yazıb.

Müğənni yeni şeirini Teleqraf.com-a özü təqdim edib.

Məzələn,

Yorğun olanda mənimlə,

Məzələn.

Soy əynini, soy ruhunu təzələn.

Ordan-bura, burdan-ora,

Sərələn.

Mənə de ki,

Dağ qoynumda,

Təpələn.

Ağuşumda körpələn,
Gəldiyin yollara,

Güllər səpərəm.

Saçlarınla dəniz təki,

Ləpələn.

De ki, mənə

Başdan-ayağa səninçün

Qəzələm.

Yaralanaram.

De ki, de ki,

Nərə çəkərəm.

Ay çəkərəm, çox çəkərəm,

Off çəkərəm, uff çəkərəm,

Məzələnməsəm, təzələnmərəm.

Yer olmasa,

Vaxt olmasa,
Heç olmasa
Yorğun könlün,

Xoş olmasa,
Demə mənə!

Mən sevgimi kəsərəm.
Bu yolda mən küsərəm.

Bil ki, canım, mən ölərəm
itərəm.

Sevgi yoxsa,

Arxayın ol,

Gəl mənimlə məzəli-məzəli,
Məsələn,
Təzələn.


Müəllif:

Oxşar xəbərlər