13 Dekabr 2017 01:59
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurovison 2011"in qalibi Nigar Camal əməkdar artist Röya Ayxanın "Altın Kelebek"lə bağlı onun haqda dediklərinə cavab verib.

Teleqraf.com istinadən xəbər verir ki, Nigar sosial şəbəkədə Röyanı mükafat alması münasibəti ilə bir daha təbrik edərək bunları qeyd edib:

"Əziz dostlar, "Altın Kelebek" mövzusu ilə bağlı nə deyibsə, canı sağ olsun. Mən bir daha təbrik eləyirəm. Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil və bu cür söhbətlərə girmirəm. Röyanı və Röya sevərləri təbrik edirəm".

Qeyd edək ki, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, onun bu addımını Röya qeyri-səmimi adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər