Məşhur Kolumbiya müğənnisi Şakira vergidən yayınmaqda ittiham olunur.
Teleqraf.com xəbər verir ki, İspaniya vergi idarəsi müğənninin bir neçə milyon avronu vergidən gizlətdiyini iddia edərək prokurorluğa müraciət edib.
Müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb.
Vergi əməkdaşları müğənnini 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiaları əsassız sayıblar.