17 Dekabr 2018 14:30
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor-aparıcı Sərxan Kərəmoğlu “Maşın şou”dan uzaqlaşdırdığı meyxanaçı Oqtay Kamil barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, Sərxan sosial şəbəkədəki səhifəsində bu barədə status yazıb:

"Oqtay müsahibə verib. Sən heç kişiliyin nə olduğunu bilirsən, ay nadan? Sənin kimilər kişiliyi narkoman olmaqda və ona-buna söz atmaqda görür. O kişilik səndə qalsın. Sərxan kimisinə o kişilik lazım deyil.

Səni kimilər mədəniyyətə yox, tərbiyəsizliyə qulluq edir. Sərxan çıxar və sənə göstərər kişilik necə olur.

Kişi yalan danışmaz, sən yalan danışdın və dığırlana-dığırlana getdin. Səninlər yazdığın təhqirlərə görə məhkəmədə görüşərik. Sən Sərxanın atılan dırnağı ola bilməzsən".


Müəllif: Aygül Qarayeva