9 Yanvar 2019 10:40
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Niyaməddin Musayev “Dostlar” verilişinin qonağı olub.

Teleqraf.com-un məlumatına görə, verilişin aparıcısı müğənni Nazənin ilk dəfə 78 yaşlı xalq artistinin nəvələrini efirdə göstərib.

O bildirib ki, bu addımı Niyaməddin Musayev üçün sürpriz olub: “Mən Niyaməddin müəllimin qızı Röyaya təşəkkür edirəm. Ona zəng etdim və dedim ki, atana belə bir sürpriz etmək istəyirəm. O da çox sağ olsun ki, məni qırmadı, razılıq verdi. Röya söylədi ki, sizə hər şey olar. Bilirik ki, atamı çox istəyirsiz”.

Süjetə baxan Niyaməddin Musayev kövrəldiyini deyib: “Bu bir həyat oldu mənə. Çünki bunun özü bir tarixdir. Kövrəldim. Nəvələrim əlaçıdırlar. Röya qızımın da, Orxan balamın da övladları yaxşı oxuyur”.


Müəllif: Aygül Qarayeva