21 Oktyabr 2019 17:23
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Allah hamını arzusuna çatdırsın, bizi sevindirdiyi kimi sizi də sevindirsin. Bu illər rəzində məni səhv və düzümlə dəstəkləyən bütün media dostlarım, yanımda çalışan insanlara, məni mən edən, mahnılarımla ağlayan, gülən, sevinən, hər kəsə təşəkkür edirəm”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında "Xalq artisti" fəxri adı alan Röya Nəcəfova deyib.

"Bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Dövlət başçıımıza, Mehriban xanıma təşəkkür edirəm. Ailəmi, valideynlərimi sevindirdiklərinə görə minnətdaram.

Bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm, hamımızın gözü aydın olsun. Allah heç kəsin əziyyətini yerində qoymasın", - deyə ifaçı qeyd edib.


Müəllif: Rəqsanə Həsənova