29 Noyabr 2019 19:12
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eşkiya dünyaya hükümdar olmaz” serialının Hızırı və aktyor Oktay Kaynarca Bakıya gəliblər.

Oqtay Kaynarca Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Oqtay bəy, Bakıya neçənci dəfə gəlirsiniz?

- Bakıya üçüncü gəlişimdir. Ölkənizin qədrini bilin. Çünki çox gözəl ölkəniz var. Bakını gəzərkən düşündüm ki, buradan ev alım. Azərbaycanı sevirəm. Burada çox sevildiyimi bilirəm. Sizin yeməkləriniz məşhurdur. Dəfələrlə dadmışam. Sizin yeməklərinizi də sevirəm.

- Bakıdan sizə film təklifləri gəldi?

- Bəli, Azərbaycandan film təklifləri gəldi. Amma vaxtım olmadığı üçün təklifləri qəbul etmədim.

- Türkiyədə aktyorlardan ən yaxın dostlarınız kimlərdir?

- Seriallardakı bütün aktyorlar dostlarımdır.

- Daim sizi mafiya başçısı obrazlarında görürük. Türk. toplumu bu obrazları çox sevir. Buna səbəb nədir?

- Obrazlarımda insanlara ailə, dostluq alayışını göstəririk. Bu serialda onları çox yaxşı təqdim etdiyimizi düşünürəm.

- Sizi fəqli obrazda görəcəyik?

- Hər zaman eyni obrazda oynayacağımı düşünməyin. Romantik filmə də çəkilə bilərəm.

- Mahnı da ifa edirsiniz. Azərbaycanlı sənətçilərindən kimləri tanıyırsınız?

- Bəli, mahnı ifa edirəm. Amma sənətçilərinizdən kimin daha yaxşı ifa etdiyini bilmirəm.

- Aktyor Necati Şaşmaz ilə "Kurtlar vadisi" serialında birlikdə oynamısınız. Yenidən bir araya gələcəksinizmi?

- Xeyr, birlikdə çəkilməyəcəyik. Hər birimizin öz işi var.


Müəllif: Rəqsanə Həsənova