24 Fevral 14:01
1 093

Müğənni Xatirə İslamla aparıcı Zaur Kamal arasında qalmaqal davam edir.

Teleqraf.com-un xəbərinə görə, Xatirə İslam İnstaqram hesabında Zaur Kamala cavab verib: "Onların başı şouya qarışıb, biznesi unudublar. Mən də onlara biznesi başa salmağa çalışıram ki, şou olan yerdə biznes də olmalıdır. Məni telekanallar yox, televiziyalara tökdüyüm pullar, manhnılar, aranjemanlar tanıdıb. Görüm, indi bir kasıb adamı gətirib, təmənnasız Xatirə İslam edərsiniz?"

Qeyd edək ki, Zaur Kamal Xatirə İslamın ünvanına belə demişdi: "Televiziyalardan pul istəyir... Sizi biz populyar edirik, yuxarı qaldırırıq, xalqa sevdiririk. Efir, televiziya olmasa tanınarsınız?!"


Müəllif: Rəqsanə Həsənova