1 Aprel 2021 09:14
99 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mələkxanım Əyyubovanın qızı, rəssam Nəzrin Nəcəfova Teleqraf.com-un "Onun İnboksu" layihəsində qonaq olub.

Layihənin formatına əsasən Nəzrin Nəcəfova sosial şəbəkə və maraq dairəsində olan suallarımızı cavablandırıb.

Müsahibəni təqdim edirik:

- İnstaqramda nə qədər izləyiciniz var?

- Hazırda İnstaqram səhifəmdə 35 min sosial şəbəkə izləyicisi var.

- Sosial şəbəkədən nə üçün istifadə edirsiniz?

- Gündəlik maraqlı hadisələri paylaşmağı sevirəm. Şirniyyat bişirib, instaqramda reseptləri xanımlarla paylaşıram. Eləcə də öz yaradıcılığımı təbliğ etmək üçün sosial şəbəkədən istifadə edirəm. Ümumiyyətlə, insanlara maraqlı və faydalı məsləhətlər vermək üçün sosial şəbəkədəyəm.

- İnstaqramda sizə ünvanlanan bütün mesajları oxuyursunuz?

- Demək olar ki, hə...

- Sizə daha çox nə haqda mesaj yazırlar?

- Daha çox moda sahəsi ilə bağlı suallar yazırlar. Hansı geyimi haradan əldə etmisiniz, paltarları necə uyğunlaşdırmaq lazımdır?.. Məndən ən çox şirniyyat reseptləri istəyirlər.

- Sirinizi kiminlə bölüşürsünüz?

- Anamla...

- Xaraktercə dalaşqan, yoxsa mülayim xanımsınız?

- Mülayim...

- Ən sevdiyiniz rəng hansıdır?

- Bütün rəngləri çox sevirəm, amma daha çox bənövşəyi rəngi.

- Rəsm əsərlərinizin mesajı nədən ibarətdir?

- İnsanlara optimistliyi çatdırmaqdan ibarətdir. Hər zaman pozitiv, optimist olmağı tərənnüm edirəm. Paylaşımlarımda da bunu qeyd edirəm. Təbii, bunlar daxilimdən gələn sözlərdir, istəyirəm ki, insanlar hər zaman pozitiv düşsünlər, optimist olsunlar. İnanın ki, pozitiv düşündükdə insanın bütün işləri həqiqətən düz gedir.

Rəsmlərimdə də rəngarənglik, xoş əhval-ruhiyyə çatdırmağa çalışıram. İzləyicilərimin əsərimə baxdıqda gözəl əhval-ruhiyyədə olmalarını istəyirəm.

- Ən yaxın rəfiqəniz kimdir?

- Anam...

- Sizi həyatda nə əsəbləşdirir?

- Haqsızlıq, şər-böhtan...

- Şəxsi avtomobiliniz varmı?

- Xeyr.

- Mələkxanım Əyyubova sizə daha çox nəyi tövsiyə edir?

- Səbrli olmağı, təmkinli davranmağı. Təbii ki, biz cəmiyyət arasında çox olan insanlarıq. Hər kəsin düşüncə tərzi və bizə yanaşması eyni və müsbət ola bilməz.

- Təbii, yoxsa estetik gözəllik?

- Təbii gözəllik...

- Suallarımız bitdi, təşəkkür edirik.

- Sağ olun...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər