"TV 8" kanalının rəhbəri Acun IIıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı haqqındakı xəbərlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, İbizada istirahət edən Şeyma Subaşının nişan üzüyünü taxmaması misirli iş adamı Məhəmməd Alsaloussidən ayrılması haqda iddialara səbəb olub.
Hamilə olduğunu elan etdikdən dərhal sonra uşağını itirməsi xəbərini verən Şeyma Subaşı bu sözləri deyib:
"Məni yalnız buraxın, insanın itkisinə hörmətlə yanaşın. Cavab vermək və danışmaq məcburiyyətində deyiləm. Xahiş edirəm bir az hörmət edin. Türkiyə mətbuatında haqqımdakı xəbərlər məni maraqlandırmır. Buna görə bütün statuslarımı ingilis dilində yazıram".