28 Mart 2022 14:42
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayev Xəzər televiziyasında yayımlanan “Səhər Mərkəzi” verilişində etirafları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcının “Güvəndiyim dağlar, sənə də qar yağarmış" atalar sözünü Mətanət Əsədova, Vasif Məhərrləmli, yoxsa Afət Fərmanqızına şamil edirsiniz?”sualına müğənni “Vasif Məhərrəmliyə aid edirəm”, - deyə cavab verib.

Müğənni həbsdə olarkən dostlarını yanında olmamaqda günahlandırıb: “Dostluq var idi, bu yaxınlarda hadisə baş verdi. Dost dar gündə sınanır, gözün axtarır. Dostumdan ötrü canımdan keçərəm. Gözəl dostam və dostluq etməyi bacarıram. Hamıya aid etmirəm, amma dost sözü gələndə allergiya verirəm. Yıxıldınsa, məhv oldun.

Bu sahədən olan dostlarımı həmişə müdafiə etmişəm, yenə də pisləmirəm. Dost boş imiş, bir, ya da iki dost olarmış. Hər gün görüşürsən, birlikdə çörək kəsirsən, qardaş deyirsən. Amma dostlarım var idi ki, bir stəkan çayımı içməyib, amma mənə dəstək oldu. Xəcalət çəkirdim ki, niyə düz yaşamamışam?! İnsanlıq... Dostu seçmək lazımdır”.

Qeyd edək ki, müğənni Manaf Ağayev, iş adamı Sənan Hüseynov ilə müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə həbs cəzası verilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər