12 Sentyabr 2022 15:56
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Repçi Elşad Xose yutubda yayımlanan “Минута Плюс” verilişində iştirak edib.

Teleqraf.com xəbər verir ki, repçi şəxsi həyatından danışıb. O, aparıcının "Sizə ailə həyatı necə təsir etdi? Özünüzü ailə başçısı rolunda necə hiss edirsiniz?" sualına belə cavab verib:

"Xoşbəxtlik terminini bilmirəm necə izah edim. Düşünürəm ki, kifayət qədər xoşbəxt idim və bu gün də çox xoşbəxtəm. Elə vaxt olub ki, xoşbəxt olmadığımı düşünmüşəm. Amma mənim minnətdar olmaq prinsipim var. Bu günümə, həyatıma və hər şeyin yaxşı olduğuna görə Allahıma minnətdaram. Hər şey daha yaxşı, yaxud da daha pis ola bilər. Xüsusilə, indi çox xoşbəxtəm".

Repçi uzun illər narkotik asılılığından əziyyət çəkdiyini də etiraf edib: "Əlbəttə, həyatda elə hallar olur ki, mən onları yenidən yaşasaydım etməzdim. Bu səhvlər və pis vərdişlər şəxsən mənə aiddir. Narkotik məsələsi sevmədiyim mövzudur. O zaman çox məntiqsiz vaxtlarım idi. Amma bu gün deyə bilərəm ki, Allaha şükür narkotikdən xilas olmuşam. Ən böyük uğurum narkotikə qalib gəlməkdir. Bu mənim qalibiyyətimdir.

Bir sosial layihə hazırlayırıq. Amma hələ ki, alınmır, müəyyən maliyyə problemləri var. Bu layihə ilə bir neçə nəfərin narkotikdən imtina etməsinə nail ola bilsəm, bu, mənim üçün böyük xidmət olacaq. Bu gün bu, son nəfəsimə qədər etməli olduğum ən böyük işlərdən biridir”.

Qeyd edək ki, Elşad Xose 2021-ci ildə Lətifə adlı xanımla ailə qurub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər