24 Oktyabr 2022 16:05
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

83 yaşında dünyasını dəyişən əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.

Aygün Abdullayeva Teleqraf.com-a Qoçəhmədli kəndindəki evlərini aparıcı Nanə Ağamalıyevaya verəcəklərini deyib:

"Dədəm bu haqda efirdə də danışıb. Deyib ki, Füzli rayonunun Qoçəhmədli kəndində yerləşən evi Nanə Ağamalıyevaya verəcək. Biz də hamımız Dədənin vəsiyyətini ürəklə yerinə yetiririk, halal xoşu olsun. Aparıcı Nanə xanım atamla ən çox maraqlananlardan idi. Atam onu övlad kimi çox sevirdi. Mən də, qardaşlarım da evi Nanə xanıma sidq ürəklə bağışlayırıq. Onu özümüzə bacı kimi qəbul etmişik".

Xanəndənin qızı "Evi Nanə xanıma sənədlə təqdim edəcəksiniz?" sualına belə cavab verib: "İşğaldan sonrakı vəziyyəti bilirsiniz. Atamın sözü sənəddir. Başqa söhbət ola bilməz. Nanə xanına atam deyib, mən də atamın sözünü təsdiq edirəm və vəsiyyətini yerinə yetirməyə hazıram. Atam Bakıda yaşadığı mənzili isə mənə verib".

Qeyd edək ki, Süleyman Abdullayev ötən gün 83 yaşında şəkər xəstəliyindən vəfat edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər