17 Avqust 2023 16:42
5 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəyimxanım Vəliyeva həyat yoldaşı Azər Vəliyevlə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, müğənni yoldaşının doğum gününü bu sözlərlə təbrik edib:

"Bu gün mənim üçün özəl günlərdən biridir. Çünki ömrümə ömür qatan, məni yenidən yaşamıma, həyatda dik durmağa qaytaran, hər anımda, hər addımımda dəstək olan, uğuruma sevinib, kədərimə kədərlənən, qısacası, mənim ömür-gün yoldaşımın doğum günüdür.

Rəbbim onu mənim qarşıma ömrümün elə bir dönəmində çıxartdı ki, buna görə ömür boyu Tanrıma duaçıyam.


Hər kəs evlənə bilir, hər kəs təmtəraqlı toy edə bilir, hər kəs ata ola bilir, hər kəs ər ola bilir, lakin indiki dövrümüzdə çox acıyaraq deyəcəm ki, hər kəs, hər kişi həyat yoldaşı, ömür-gün yoldaşı olmağı bacarmır. Sən isə bunu çox gözəl bacardın, həyatımın yoldaşı. Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, varımızsan. Səni çox sevirik, canımız atamız".


Müəllif: Pərvin Cəfərova