Əməkdar artist Gülüstan Əliyeva Hacıqabul yolunda keçirdiyi avtomobil qəzasından danışıb.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında qəza zamanı xəsarət almadığını deyib: "Hadisə bir neçə gün əvvəl Hacıqabul yolunda baş verib. Avtomobilim yararsız vəziyyətdədir. Rayona gedirdik, qohumlarım da mənimlə avtomobildə idilər, Allaha çox şükür heç birimiz xəsarət almadıq. Dayanmışdım, qarşı tərəfin avtomobili mənim maşınıma dəydi".