9 Yanvar 16:22
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova ilə əməkdar artist Elza Seyidcahan arasında "Elgizlə izlə" verilişinin canlı efirində mübahisə baş verib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Flora Kərimovanın Elza Seyidcahanın geyim tərzinə irad bildirməsi olub. O, Elza Seyidcahanı mərhum xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacla getməsini tənqid edib.

Elza Seyidcahan isə həmin gün çəkilişə getdiyini və Rafael Dadaşovun ölüm xəbərini eşidərək dəfn mərasiminə gəldiyini vurğulayıb.

Flora Kərimova Elza Seyidcahan haqqında bu sözləri deyib: "Sizin probleminiz adların altında özünə dam tapa bilməməkdir. Sizin öz obrazınız, münasibətiniz olmalıdır. Necə geyinirsiniz geyinin, şəxsən mənə dəxli yoxdur. Mənə Azərbaycan qadını, azərbaycanlı kimi dəxli var. Mənim danışmağa ixtiyarım var. Çünki sənətin sənətkarıyam. Bununla yanaşı mən qadınam! Bir ara inciyib Polşaya getmişdim, orada çox qəribə aktrisa var idi. Çox qəribə hərəkətlər edib, yadda qalmaq istəyirdi.

Poz verməkdən deyil, geyim tərzindən, özünü aparmaqdan danışıram. Tanınmağın keyfiyyəti var. Hamımız keyfiyyət k axtarırıq. Bizi digər millətlərdən fərqləndirən cəhət keyfiyyətdir".

Əməkdar artist Elza Seyidcahan isə xalq artistinə sərt reaksiya göstərib: "Mənim obrazıma insanlar alışıblar, inşallah, alışacaqlar. Flora xanım, siz ömür boyu zinət əşyası taxmamısınız. Bu sizin seçiminizdir. Siz Flora Kərimova, mən də Azərbaycanın Elza Seyidcahanıyam. Sizin ixtiyarınız yoxdur ki, mənim geyimimə fikir bildirəsiniz. Əgər mənim keyfiyyətimə şübhəniz varsa, əqidəm bir olub. Üzr istəyirəm, siz isə külək kimi əsdiniz".

Daha sonra Elza Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.




Müəllif: Rəqsanə Həsənova