10 Yanvar 17:50
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan "Elgizlə izlə" verilişinə telefon vasitəsilə bağlanaraq xalq artisti Flora Kərimovadan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan bu sözləri deyib: "Dünən verilişə çox ehtiramla gəldim. Orada bizi daş-qalaq etdilər, estəlik mikrofonda səsimi aldılar. Guya orada qəbahət etmişik. Bu gün hər birimiz bir sütunuq. Zeynəb Xanlarova, Flora Kərimova bir sütundur.

Bu gün Flora Kərimovadan üzr istəyirəm. Düşünmədim ki, belə bir hadisə baş verəcək və xalq mənə görə sizə xoşagəlməz sözlər yazacaqlar. Mən istəməzdim ki, buna səbəb olum. Bu mövzu burada bitir. Mənə kimsə video və sair göndərməsin aranı qatmaq üçün. Bunu bacaramayacaqsınız!"





Müəllif: Rəqsanə Həsənova