17 Yanvar 23:18
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan rəsmi İnstaqram səhifəsini oğurlanıb.

Teleqraf.com xəbər verir ki, səhifəni oğurlayanlar Aygün Kazımovadan sosial media hesabının qaytarılması üçün ondan on min avro istəyiblər.

Xalq artistini şantaj edənlər İnstaqramda hekayə bölümündə bu paylaşımı ediblər:
"Aygün Kazımova bunu oxuyursansa, 10.000 avro Bitkoin üçün mənə "Telegram"dan yazın. Və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram".




Müəllif: Rəqsanə Həsənova