18 Yanvar 14:24
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan rəsmi İnstaqram səhifəsi oğurlanıb.

Xalq artistinin mətbuat xidməti Teleqraf.com-a açıqlamasında məsələyə münasibət bildirib:“Hazırda Aygün Kazımovanın rəsmi İnstaqram səhifəsini qaytarmaq üçün işlər gedir. Səhifəni tezliklə qaytarmaq asan məsələ deyil. Aygün Kazımova öz işləri, layihələri ilə məşğuldur. Belə şeylərə narahat olmağa vaxt ayırmır. Bu günlərdə onu sadəcə yeni layihəsi maraqlandırır”.

Qeyd edək ki, səhifəni oğurlayanlar Aygün Kazımovadan sosial media hesabının qaytarılması üçün ondan on min avro istəyiblər.


Müəllif: Rəqsanə Həsənova