Xalq artisti Aygün Kazımovanın oğurlanan instaqram səhifəsi bərpa olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ranar Musayev instaqramda video paylaşıb.
Qeyd edək ki, bir müddət əvvəl müğənninin 1,4 milyondan çox izləyicisi olan instaqram hesabı oğurlanmış və onu şantaj edərək 10 min avro pul istəmişdilər.