16 Fevral 14:32
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mehin Hümbətova 2024-cü ildə ilk layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, ifaçı İstanbulun Cihangir küçəsində lentə alınan “SUS” adlı yeni mahnı və klipini izləyicilərin ixtiyarına verib.

Kliplə yanaşı Mehin Hümbətova yeni fotosessiyasını da təqdim edib. Fotosessiya məşhur türk fotoqraf Alper Deniz tərəfindən lentə alınıb. Ekran işi üzərində Türkiyədən olan 25 nəfərlik peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.

Mahnının söz və musiqisi Rzzaya məxsusdur. Ekran işinin rejissoru Ahmet Can Tekin, operatoru isə Can Doludur.

Mahnı və klip Mehin Hümbətovanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.

Layihənin prodüseri Vüqar Hüsiyevdir.


Müəllif: Teleqraf.com