Xalq artisti Afaq Bəşirqızı münsif olduğu "Şən gənc” verilişində əməkdar artistlər Coşqun Rəhimov və Rafael İskəndərova sərt reaksiya göstərib.
Teleqraf.com xəbər verir ki, buna səbəb aparıcı Aysel Novruzovanın Coşqun Rəhimova "Allah iraq eləsin. Elə bilin ki, Müşviq Abbasov dünyadan köçüb və sizə miras qoyub. Sizə üç manat, Rafael İsgəndərova isə bir milyon manat... Nə edərsiniz” sualını ünvanlaması olub.
Coşqun Rəhimov aparıcıya "Deyirsiniz ki, Müşfiq dünyasını dəyişib, Allah gecindən versin. Dünyasını dəyişsəydi, Yasin oxutdurardım", - deyə cavab verib
Bu isə Afaq Bəşirqızını özündən çıxarıb: “Ayıb olsun. Bu verilişdir, siz nə danışırsınız? Müşviq sizə pis olub? O sizin çörək ağacınızdır. Utanmaq, qızarmaq yox, çörəyi dizinin üstündə olan adamlar".
Xalq artisti daha sonra "mirası mənim üçün qoyardın", - deyərək fikirlərinə zarafatla davam edib.