27 Aprel 10:23
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seysmoloqlar Sakit okeanda Kuril adaları yaxınlığında (Saxalin regionu) 4 maqnitudada zəlzələ baş verib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Tədqiqat Mərkəzinin Saxalin bölməsi məlumat yayıb.

Zəlzələnin episentri Malokurilskoye kəndindən (Şikotan adası) 34 kilometr cənubda 47 km dərinlikdə olub. Yeraltı təkanlar Kunaşir və Şikotan adalarında hiss olunub.

Sunami təhlükəsi elan olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər