1 Mart 12:17
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nərmin Kərimbəyova “Qaralama sevgi” mahnısına çəkilən klipini təqdim edib.

İfaçı Teleqraf.com-a açıqlamasında klipin ərsəyə gəlməsindən danışıb:

“Klip çəkilişləri Gürcüstanda baş tutdu və bir həftə davam etdi. Çəkilişlərimiz çox rahat keçdi. Bizə sənətimizi bəyənənlər dəstək oldular. Nəticədə keyfiyyətli klip ərsəyə gəldi. Əslində, Gürcüstana səhhətimlə bağlı müalicəyə getmişdim. Daim həkim nəzarətində olmalıyam. Qara ciyər əməliyyatından sonra səhhətimdə problem yaranıb, artıq çəki almışam.

İnsanlara heç nəyi bilmədən hərdən tənqid edirlər. Düşünmürlər ki, səhhətimlə bağlı da artıq çəki ala bilərəm. Ona görə də müalicələr alıram. Səhhətimdə hər şey yaxşıdır və daha da yaxşı olacaq”.

Nərmin Kərimbəyova qohumu, xalq artisti Brilliant Dadaşovanın ona dəstəyindən də danışıb: “Mən heç vaxt Brilliant xanımdan dəstək istəməmişəm. Amma Brilliant xanım daim mənə dəstəkdir”.

Nərmin Kərimbəyova “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinə qatılacağını da deyib: “Sənətimlə bağlı hədəflərim böyüdür. Böyük səhnələrə, dünyaya çıxmaq istəyirəm. Növbəti il "Avroviziya" Beynəlxalq Mahnı müsabiqəsinə qatılmaq üçün müraciət edəcəm”.


Müəllif: Rəqsanə Həsənova